İpoteka haqqında Qanuna dəyişiklik edilmişdir
İpoteka haqqında Qanuna dəyişiklik edilmişdir

İpoteka haqqında Qanuna dəyişiklik edilmişdir

28 dekabr 2018-ci ildə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa (bundan
sonra: Qanun) əlavə və dəyişikliklər edilmişdir. Dəyişikliklər əsasilə, notariusun icra
qeydi əsasında ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin
özgəninkiləşdirilməsi, ipoteka ilə əlaqədar mübahisələrə məhkəmə qaydasında
baxılması, hərrac keçirilməsi qaydaları, habelə bu prosedurların rüsumları ilə
əlaqədardır.
Qanuna edilmiş əlavələrə əsasən, ipotekaya xitam verildikdə, bunla bağlı əmlak
üzərindəki yüklülüyün ləğv edilməsi üçün rüsum ipotekaya qoyan tərəfindən
ödəniləcəkdir.
Növbəti dəyişiklik ipoteka ilə əlaqədar mübahisələrə məhkəmə qaydasında baxılması ilə
əlaqədardır. Belə ki, ipoteka müqaviləsindən irəli gələn istənilən mübahisəyə məhkəmə
1 ay müddətində baxılmalı və qərar çıxarılmalıdır.
Həmçinin, dəyişikliklərə əsasən, ipoteka predmetinin özgəninkiləşdirilməsi (satılması)
ipoteka qoyanın öz öhdəliyini ödəməsinə imkan verirsə, bu zaman özgəninkiləşdirmə
üçün ipoteka saxlayanın razılığı tələb edilmir. Bu zaman, ipoteka predmetinin
özgəninkiləşdirilməsinə dair müqaviləni notarius təsdiq edir, həmçinin ipoteka
saxlayanın hesabına ipotekanın əsasını təşkil edən məbləğin köçürülməsini təmin edir.
İpoteka predmetinə tutma yönəldilməsi və hərrac keçirilməsi qaydalarına da dəyişiklik
edilmişdir. Dəyişikliklərə əsasən, ipoteka predmetinə tutma yönləndirilməsi barədə
bildirişin əldə edilməsindən 21 gün ərzində bu barədə məhkəməyə şikayət edilməzsə,
ipoteka predmetinə tutma notariusun icra qeydi əsasında həyata keçirilir. Tutma
yönəldilən ipoteka predmetinin satılması açıq bazarda, hərrac vasitəsilə, habelə
elektron qaydada keçirilən hərrac vasitəsilə həyata keçirilə bilər. Dəyişiklərə əsasən,
hərrac keçirilməsi ilə bağlı müddətlər azaldılmışdır.
Qeyd edilməlidir ki, Qanuna edilmiş dəyişikliklər ipoteka ilə bağlı münasibətlərin
sadələşdirilməsinə, prosedurların optimallaşdırılmasına yönəlmişdir.
Əlavə məlumat və suallar üçün zəhmət olmasa, bizimlə əlaqə saxlayın.
Əlaqə nömrəsi: +994 12 480 14 86
Elektron poçt ünvanı: [email protected]

Oxşar Yazılar

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...

Aug 04, 2026
Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...

Feb 20, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026