Kiçik məhkəmə mübahisələrinə baxılması sadələşdirildi
Kiçik məhkəmə mübahisələrinə baxılması sadələşdirildi

Kiçik məhkəmə mübahisələrinə baxılması sadələşdirildi

28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilmişdir. Dəyişikliklərə əsasən Məcəlləyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat adlı yeni bir fəsil əlavə olunmuşdur. Bundan sonra mülki işlər üzrə iddianın qiyməti 2000 (iki min) manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10000 (on min) manatdan az olan iddialar kiçik iddialar sayılacaqdır və bu iddialara sadələşdirilmiş icraat qaydasında baxılmasına yol veriləcəkdir.

            Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatın iddia icraatından daha səmərəliliyi məhkəmə baxışı keçirilməsinin və tərəflərin izahatlarının dinlənilməsinin tələb olunmamasındadır. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

            Əgər tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

           

            Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilə bilər. Əgər, qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Əlavə məlumat və suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrəsi: +994 12 480 14 86
Elektron poçt ünvanı: [email protected]

Oxşar Yazılar

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin a...

May 13, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026