Konstitusiya Məhkəməsinin Girov Müqaviləsinə dair Yeni Qərarı
Konstitusiya Məhkəməsinin Girov Müqaviləsinə dair Yeni Qərarı

Konstitusiya Məhkəməsinin Girov Müqaviləsinə dair Yeni Qərarı

Konstitusiya Məhkəməsinin Girov Müqaviləsinə dair Yeni Qərarı

 

“EL” Kiçik Müəssisəsi və “Bank VTB (Azərbaycan)” ASC kredit müqaviləsi bağlamışdır. Müəssisə həmin kredit müqaviləsi üzrə ayrılmış kredit hesabına 2014-cü ildə xaricdən buğda idxal etmişdir. 500 000 AZN dəyərində olan həmin məhsul bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 22 may 2015-ci il tarixli "Dövriyyədəki malların girov müqaviləsi" ilə bankın xeyrinə girov qoyulmuşdur.

Girov müqaviləsinə əsasən girov qoyan (“EL” Kiçik Müəssisəsi) Bankın yazılı razılığı olmadan buğdanı müqavilə ilə müəyyən olunmuş ünvandan daşıya bilməzdi. Digər bir müddəa isə ümumi dəyəri girov qoyulan buğdanın dəyərindən az olmamaq şərtilə girov qoyana (“EL” Kiçik Müəssisəsi) girov predmetini (500.000 AZN dəyərindəki buğda məhsulunu) başqa bir girovla (pul, məhsul və s.) dəyişdirmək imkanı vermişdir.

“EL” Kiçik Müəssisəsi girov predmetini təşkil edən buğdanın vəziyyəti barədə monitorinq keçirmək üçün banka iki il ərzində 3 dəfə müraciət etmiş, lakin həmin müraciətlər cavabsız qalmışdır. “EL” Kiçik Müəssisəsinin iddiasına əsasən bu hal buğda məhsulunun birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişməsinə və məhv olmasına səbəb olduğundan müəssisəyə külli miqdarda maddi ziyan dəymişdir.

Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, girov müqaviləsi bankın razılığı olmadan buğdanın yerinin dəyişdirilməsinə imkan vermədiyi üçün bankın hərəkətsizliyi səbəbilə girov qoyan “EL” Kiçik Müəssisəsinə ziyan dəymişdir. Bu səbəblə də Apellyasiya Məhkəməsi girov qoyanın mövqeyini haqlı saymışdır.

Ali Məhkəmənin Mülki Kollegiyası isə əks mövqedən çıxış etmişdir. Ali Məhkəmə qeyd etmişdir ki, buğdanın yerinin dəyişdirilməsi üçün bankın yazılı razılığının tələb olunması “EL” Kiçik Müəssisəsinin  girov predmetini dəyişdirmək hüququnu istisna etmirdi. Həmin qadağanın məqsədi sadəcə təminat vasitəsi olaraq girov predmetinin (buğdanın) mövcudluğunu və salamatlığını qorumaqdan ibarət olmuşdur. Hazırkı girov müqaviləsinin predmetinin yararsız vəziyyətə gəlməməsi üçün isə girov qoyana  həmin malların tərkibini və natural formasını dəyişdirmək hüququ verilmişdi. Bu səbəblə də “EL” kiçik müəssisəsinin iddiası təmin edilməmişdir.

Ərizəçilər Konstitusiya Məhkəməsinə təqdim etdikləri şikayətdə də bankın müraciətləri cavabsız qoyması və bununla da onlara girov qoyulan malı dövriyyəyə buraxmağa, ondan istifadə edərək gəlir əldə etmək səlahiyyətini həyata keçirməyə mane olması bağlı dəlil təqdim etmişlər. Lakin bu dəlil işin faktiki hallarının yenidən araşdırılmasını tələb edirdi, bu isə Konstitusiya Məhkəməsi Plenumunun səlahiyyəti xaricində olduğu üçün məsələyə mövqe bildirilmədi.

Sonda Konstitusiya Məhkəməsi qeyd etdi ki, məhkəmələr mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilənin hər hansı şərtini təfsir edərkən, ilk növbədə, həmin müqavilənin hüquqi mahiyyəti və xarakterini, müqavilə üzrə qarşıya qoyulan məqsədi göz önündə tutulmalı, həmin şərtin digər şərtlərlə müqayisəsi aparılmalı, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Bu səbəblə də Ali Məhkəmənin mübahisələndirilən qərarı üzrə heç bir pozuntu aşkar edilməmişdir.

Oxşar Yazılar

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...

Mar 12, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan ...

Jun 11, 2026