Əmək Məcəlləsinə dəyişiklik edilmişdir
Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

2 aprel 2021-ci il tarixli, 286-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Əmək Məcəlləsinə (bundan sonra: Məcəllə) bir sıra dəyişikliklər edilmişdir.

Dəyişikliklər əmək müqaviləsinin mülki hüquqi müqavilə ilə pərdələnməsinin qarşısının alınmasına yönəlmişdir. Dəyişiklərə görə, “əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi” Məcəllənin əsaslandığı prinsinlərdən biridir. Məcəlləyə edilmiş əlavələrdə əmək münasibətlərinə anlayış verilmiş və tərəflər arasındakı münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar sadalanmışdır. Belə ki, Əmək Məcəlləsində “əmək münasibətləri” ifadəsindən istifadə edilsə də, bu ifadənin anlayışının nədən ibarət olduğu təsbit edilməmişdi.

Qanuna əsasən, aşağıda qeyd edilmiş hallar əmək münasibətlərinin mövcudluğu üçün əsas hesab edilir və bu hallarda mülki-hüquqi müqavilə bağlanması yolverilməzdir:

  • tərəflər arasında bağlanmış müqavilədə əmək müqaviləsinin məzmununa xas müddəalar olduqda və ya əmək müqaviləsinin formasında bağlandıqda;

  • münasibətlərin rəsmiləşdirilməsi zamanı əmək kitabçası tələb edildikdə;
  • münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;
  • münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;
  • münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;
  • münasibətlər müvəqqəti xarakter daşıdığı halda müqavilənin uzadılması ilə bağlı Məcəllənin “müddətli əmək müqaviləsinə xitam verilməsi” barədə qaydaları tətbiq edildikdə;
  • müqaviləyə görə ödənilən haqqın tərkibi aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;
  • müqavilədə Məcəllənin işçinin öhdəlikləri, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları, məzuniyyət, işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti ilə bağlı maddələrində göstərilən məsələlər tənzimləndikdə.

Yuxarıda sadalanan halların mövcudluğunun təsbit edildiyi gündən, yazılı əmək müqaviləsi bağlanmalıdır.

Dəyişikliklər qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına istiqamətlənməklə, şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməməsi ilə məhrum olduğu hüquqlarının, o cümlədən sosial təminat hüquqlarının təmin edilməsini nəzərdə tutur.

Oxşar Yazılar

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...

Mar 12, 2026
Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...

Aug 04, 2026
Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026