CLC ITR tərəfindən vergi üzrə İlin Transfer Qiyməti Şirkəti seçilib
Caspian Legal Center Beynəlxalq Vergi İcmalı (International Tax Review – ITR 2025 Awards) tərəfindən MDB regionu üzrə

Caspian Legal Center Beynəlxalq Vergi İcmalı (International Tax Review – ITR 2025 Awards) tərəfindən MDB regionu üzrə "Transfer Qiymətləri üzrə İlin vergi Şirkəti" (Transfer Pricing Firm of the Year) mükafatına layiq görülüb. Bu mükafat beynəlxalq vergi sahəsində nüfuzlu reytinq agentliyi tərəfindən təqdim olunur.

ITR 2025: CLC vergi üzrə İlin Transfer Qiyməti Şirkəti seçilib


Qürur hissi ilə bildiririk ki, Caspian Legal Center Beynəlxalq Vergi İcmalı (International Tax Review – ITR 2025 Awards) tərəfindən MDB regionu üzrə "Transfer Qiymətləri üzrə İlin vergi Şirkəti" (Transfer Pricing Firm of the Year) mükafatına layiq görülüb. Bu mükafat beynəlxalq vergi sahəsində nüfuzlu reytinq agentliyi tərəfindən təqdim olunur.

2025-ci il sentyabrın 18-də Caspian Legal Center-i təmsil edən Vergi Meneceri Firəngiz Heydərova və Baş Vergi Mühasibi Ləman Kərimli Londonda keçirilən “ITR EMEA Tax Awards 2025” tədbirində iştirak ediblər.


Tədbir region üzrə qabaqcıl şirkətləri, daxili vergi komandalarını və fərdi mütəxəssisləri mürəkkəb vergi məsələlərinin həlli, böyük miqyaslı müqavilələrin icrası və vergi sahəsində liderlik nümayiş etdirdiklərinə görə təltif edir.

“Bu nüfuzlu mükafata layiq görülmək bizim üçün böyük qürurdur. Bu nailiyyət yalnız göstərdiyimiz xidmətin keyfiyyətini deyil, həm də müştərilərimizlə qurduğumuz güclü tərəfdaşlıqları əks etdirir. Uğurlarımızın əsasını təşkil edən fədakar komandamıza dərin təşəkkürümü bildirirəm. Həmçinin bizə güvənən və davamlı əməkdaşlıq edən müştərilərimizə də minnətdarlıq duyuram, məhz onların etimadı bu kimi uğurları təmin edir,” – deyə Caspian Legal Centerin Vergi Meneceri Firəngiz Heydərova bildirib.

Oxşar Yazılar

Vergi hüququ kitabı artıq TaxReview.az portalında

Vergi hüququ kitabı artıq TaxReview.az portalında

TaxReview.az portalının “Kitablar” bölməsi artıq istifadəyə verilmişdir. Yeni bölmə vergi hüququn...

Apr 09, 2026
ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

“Caspian Legal Center”in International Tax Review (ITR) Europe Tax Awards tərəfindən MDB regionu ...

Jul 29, 2026
“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Caspian Legal Center (CLC)” bu nüfuzlu beynəlxalq reytinqdə mövqeyini daha da möhkəmləndirmişdir...

Apr 15, 2026