Maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsinə başlanılır
Maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsinə başlanılır

 

Maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsinə başlanılır

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 sentyabr tarixli 262 nömrəli Qərarı ilə “E-mühasibat” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilmişdir. Bu addım ölkədə mühasibat uçotu sahəsində rəqəmsal transformasiyanın mühüm mərhələsini təşkil edir və sahibkarlar üçün zaman və məkandan asılı olmayaraq hesabat təqdim etmə imkanları yaradır. 

 

Belə ki, məxfiliyin tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq artıq elektron qaydada təqdim edilməsinin əsası qoyulmuşdur.

 

Maliyyə hesabatlarının təqdim edilməsi öhdəliyi

 

Mühasibat uçotu haqqında qanuna əsasən, kommersiya təşkilatları illik maliyyə hesabatlarını hesabat dövründən sonrakı ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə iyun ayının 30-dan gec olmayaraq yuxarı təşkilatlarına və ya təsisçilərə təqdim etməlidirlər. Hesabatı alan şəxslər bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində hesabatın təqdim edilməsi barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verirlər. 

Qeyd edək ki, müvafiq qaydalar (“Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydaları”) kredit təşkilatları, sığortaçılar, təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mikro sahibkarlıq subyektləri istisna olmaqla, bütün digər kommersiya təşkilatlarına şamil edilir.

 

E- Mühasibat sisteminin təhlükəsizliyi

"E-mühasibat" sisteminin təhlükəsizliyinin təminatı məqsədilə bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, sistemin qurulmasında “Mobil Prioritetli Tərtibat” prinsipi tətbiq edilir və bütün məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

 

Altsistemlər və funksional imkanlar

 

"E-mühasibat" sistemində “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə uyğun olaraq, kommersiya təşkilatları, publik hüquqi şəxslər, büdcə təşkilatları və qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını müvafiq altsistemlər vasitəsilə elektron qaydada göndərə bilirlər.

Bunlarla yanaşı, bildirişlər altsistemi də vacib funksiya daşıyır. Belə ki, bununla illik maliyyə hesabatlarını təqdim etməli olan təşkilatlara və məcburi audit subyektlərinə müvafiq bildirişlərin göndərilməsi həyata keçirilir. Nəhayət, mühasibat uçotu altsistemində isə təşkilatların mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsi üçün nəzərdə tutulur.

 

İstifadə qaydaları və çıxış imkanları

 

"E-mühasibat" sisteminə çıxış imkanları müxtəlif istifadəçi kateqoriyaları üçün fərqli formatlarda təşkil edilmişdir. Dövlət informasiya ehtiyatlarına malik olan Maliyyə Nazirliyinin sistem istifadəsi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiya yolu ilə həyata keçirilir. Digər qurumlar və hüquqi şəxslər isə elektron kabinetlər vasitəsilə sistemdən istifadə edə bilirlər. 

Fiziki şəxslər üçün də sistem əlçatandır. Belə ki, onlar Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik yaradılan şəxsi elektron kabinetlərinə daxil olaraq sistemin təqdim etdiyi xidmətlərdən yararlanma imkanına malik olacaqlar. Bu, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və biznes mühitinin şəffaflığının artırılmasında mühüm addım kimi qiymətləndirilir.

 

Hüquq və öhdəliklərdə innovativ tənzimləmə mexanizmləri

 

Maliyyə Nazirliyinin iştirakçı və istifadəçilərin sistemin təhlükəsiz və səmərəli fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdiyi hallarda sistemə giriş imkanını ləğv etmək və ya məhdudlaşdırmaq hüququ mövcuddur. Həmçinin dövlət xidmətlərinin göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında olduğu hallarda Nazirlik həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün tədbirlər görməlidir. Bu addım mühasibat uçotu subyektlərinin dövlət qurumları ilə əlaqələrində vaxt və maliyyə səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

"E-mühasibat" sisteminin sahibi, yəni Nazirlik elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göstərilməsini təmin etmək öhdəliyi daşıyır. O habelə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sistemin monitorinqi və auditi üçün yerində baxış keçirməsinə şərait yaratmalıdır. Bu addımlar nəticəsində biznes subyektləri artıq ayrı-ayrı sistemlər ilə məşğul olmaq əvəzinə, vahid interfeys vasitəsilə bütün zəruri əməliyyatları həyata keçirə və həmin əməliyyatların hüquqi mühafizəsinə əmin ola bilərlər.

 

Pozuntulara görə məsuliyyət 

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən:

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə  vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maliyyə hesabatlarının tərtibi, müvafiq qaydada təqdim edilməsi və mühasibat uçotu qanunvericiliyinə uyğunlaşdırılması üçün bizimlə əlaqəyə keçin: Email: [email protected], mobil: +994 50 289 89 73

 

Oxşar Yazılar

Ödəmə mənbəyində tutulan vergilər | Dərəcələri və Qaytarılması

Ödəmə mənbəyində tutulan vergilər | Dərəcələri və Qaytarılması

Ödəmə mənbəyində tutulan vergilər - ÖMV tutulma qaydası

Mar 09, 2020
Mühasibatlıq Xidmətləri | CLC Mühasibatlıq şirkəti

Mühasibatlıq Xidmətləri | CLC Mühasibatlıq şirkəti

Mühasibat uçotunun düzgün və mütəmadi təşkili hər bir şirkətin diqqət verməli olduğu məqamlardand...

Jan 27, 2020
Elektron ticarətədair yeni vergi qaydaları (qeyri-rezidentlər)

Elektron ticarətədair yeni vergi qaydaları (qeyri-rezidentlər)

1 Noyabr 2023-cü il tarixdən qüvvəyə minmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ti...

Dec 12, 2023
Vergi Məcəlləsi 2024: Vergi Məcəlləsinə Son Dəyişikliklər 2024

Vergi Məcəlləsi 2024: Vergi Məcəlləsinə Son Dəyişikliklər 2024

Vergi Məcəlləsi 2024: Vergi Məcəlləsinə Son Dəyişikliklər 2024

Jan 04, 2024
Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Jan 23, 2023