“KOB klaster şirkəti”nin meyarları
“KOB klaster şirkəti”nin meyarları

“KOB klaster şirkəti”nin meyarları

22 may 2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “KOB klaster şirkəti”nin meyarlarının təsdiq edilməsi barədə qərarı qüvvəyə minmişdir. Qərara əsasən, vergi ödəyiciləri “KOB klaster şirkəti” kimi çıxış etmək üçün aşağıdakı meyarlara cavab verməlidirlər: 

  1. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmalı;
  2. Əhəmiyyətli qərarların Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra - Agentlik) ilə razılaşdırmaqla yerinə yetirməsi nizamnaməsində əks edilməli;
  3. Həyata keçiriləcək KOB klaster layihəsinin çərçivəsində “KOB klaster şirkəti” qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlamalı və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməli;

Qərarda müəyyən edilmişdir ki, “KOB klaster şirkəti”nin fəaliyyəti  Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması, istehlakın 50 faizdən çox hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması, qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və sair) göstərilməsi istiqamətlərindən birinə aid olmalıdır.

Həmçinin, qərarda “KOB klaster şirkəti”nə aid bir sıra tələblər müəyyən edilmişdir. Belə ki: 

  • “KOB klaster şirkəti”nin rəhbəri və ya hər hansı təsisçisi vergidən yayınma üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş olmalı;
  • əməliyyatlar üzrə hesablaşmaların nağdsız qaydada aparılmasına üstünlük verilməli;
  • əməliyyatlar tam həcmdə qanunla müəyyən olunmuş qaydada sənədləşdirilməli (elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük sənədləri, ciddi hesabat sənədi olan alış aktları);
  • “KOB klaster şirkəti”nin layihə çərçivəsində illik dövriyyəsinin Agentlik tərəfindən qəbul edilən maliyyə-iqtisadi əsaslandırma sənədində nəzərdə tutulan investisiya həcminin 20 faizindən az olmamaqla müəyyən edilməsi;
  • son məhsulun (xidmətin) “KOB klaster şirkəti”nin iştirakçısı tərəfindən istehsal olunan hissələrdən komplektləşdirilməsi və bu zaman iştirakçıdan əldə edilmiş malların emal prosesinə məruz qalmaqla (əlavə dəyər yaratmaqla) təqdim edilməsi.

“KOB klaster şirkəti”nin qeyd edilən meyarlara cavab verməsi Agentlik tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla təqdim edilmiş şəhadətnamə ilə təsdiq edilir.

Qeyd edək ki, “KOB Klaster şirkəti” üçün qanunvericilikdə bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, “KOB Klaster şirkəti” KOB Klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il ərzində mənfəət vergisindən, müvafiq təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV, KOB Klaster fəaliyyətində istifadə olunan əmlak üçün əmlak vergisindən və torpaq üçün torpaq vergisindən azad edilmişdir. Həmçinin, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi mənfəət vergisindən, KOB klasterin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi isə gəlir vergisindən eyni müddətə azaddır.

Oxşar Yazılar

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Yeni qəbul edilmiş "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası...

Sep 30, 2026
Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan ...

Jun 11, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026