Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində aparıcı beynəlxalq təşkilat olan FATF (Financial Action Task Force- Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) tövsiyələri və beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanda benefisiar mülkiyyətçi barədə məlumatların təqdim edilməsi barədə qanunvericilikdə edilmiş dəyişikliklər15 May 2025-ci ildə qüvvəyə minmişdir.
Aşağıda bununla bağlı Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda edilmiş dəyişikliklərin əsas məqamları izah edilmişdir.
Benefisiar mülkiyyətçi anlayışı
Benefisiar mülkiyyətçi və əzarət və (və ya) mülkiyyət zənciri anlayışları qanunvericiliyə aşağıdaki mətndə daxil edilmişdir:
İstinad edilən qanunla benefisiar mülkiyyətçi barədə məlumatların aşkarlığı və dövlət orqanlarına təqdim edilməsi məqsədilə hüquqi şəxslər üçün aşağıda qeyd edilmiş yeni vəzifələr müəyyən edilmişdir:
► Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada təqdim etməlidir.
► Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada saxlamalıdır.
► Hüquqi şəxs statusu almaq istəyən qurum dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş ərizədə qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatları təqdim etməlidir:
Bundan başqa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna “Benefisiar mülkiyyətçinin müəyyən edilməsi” adlı yeni 5-1-ci maddə daxil edilmişdir. Bu maddəyə əsasən:
Aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab olunur:
► son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs (şəxslər);
► Qanunun 5-1.1.1-ci maddəsi ilə müəyyən edilmiş fiziki şəxs (şəxslər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
► əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər).
Aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunur:
► trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla);
► digər növ xarici hüquqi təsisatlarda bu Qanunun 5-1.2.1-ci maddəsində müəyyən edilmiş şəxslərlə eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər.”;
Bunun əsasında, dövlət reyestrində əks etdirilməli məlumatların həcmi artmış və aşağıdakıların müvafiq reyestrlərdə əks etdirilməsi müəyyən edilmişdir:
“Qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, benefisiar mülkiyyətçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar”
Müvafiq qeydiyyatı orqanı benefisiar mülkiyyətçi barədə reyestrə daxil edilmiş məlumatları 5 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir. Reyestrə daxil edilmiş məlumatın doğruluğuna dair şübhələr olduqda, maliyyə monitorinq orqanının tələbi əsasında qeydiyyatı orqanı hüquqi şəxsdən aidiyyəti sənədlərin 5 iş günü müddətində təqdim edilməsini tələb edir və sənədlər təqdim edildiyi tarixdən etibarən 3 iş günü müddətində onları maliyyə monitorinqi orqanına təqdim edir.
Aparılmış təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını müəyyən edilərsə, hüquqi şəxs bu barədə ona təqdim edilən məlumatla razılaşmadıqda müvafiq məlumatı aldığı tarixdən etibarən 5 iş günü müddətində özünün benefisiar mülkiyyətçisinə dair əlavə təsdiqedici sənədləri qeydiyyat orqanına təqdim edir. Dəyişikliklər reyestrdə əks etdirilir və hüquqi şəxsə 3 iş günü ərzində müvafiq bildiriş göndərilir.
Hüquqi şəxs benefisiar mülkiyyətçi məlumatlarında dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 3 iş günü müddətində benefisiar mülkiyyətçi qismində müəyyən edilmiş şəxsin bu barədə məlumatlandırılmasını təmin edir.
Vergi Məcəlləsində, “Kommersiya sirri haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda edilmiş düzəlişlərlə benefisiar mülkiyyətçi barədə məlumatlar kommersiya sirri və vergi sirri təşkil edən məlumatlar hesab edilmiş, reyestrdə əks etdirilsə belə, ictimaiyyətə açıq olmayan məlumatlar kateqoriyasına daxil edilmişdir.
Bu məlumatlar sorğu əsasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına verilir.
Qanuna edilmiş dəyişikliklə öhdəlik daşıyan şəxslər üçün yeni vəzifə müəyyən edilmişdir. Belə ki, dəyişikliyə əsasən Öhdəlik daşıyan şəxslər hüquqi şəxs olan müştərilərə tətbiq edilən müştəri uyğunluğu tədbirləri çərçivəsində müəyyən edilmiş benefisiar mülkiyyətçi barədə məlumatları 3 iş günü ərzində maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.
“Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, ““Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilərək, lisenziya alınması zamanı təqdim edilməli məlumatların siyahısında aşağıdakılar əlavə edilmişdir:
"xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olan təsisçilər – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduqda bu barədə məlumat."
Bu məlumatlar qeyd edilən qanunlarla tənzimlənmiş fəaliyyət sahələrində müəyyən edilmiş iştirak paylarının alınması zamanı nəzarət orqanına təqdim edilməli məlumatların siyahısına da daxil edilmişdir.
15 May 2025-ci il tarixədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər tərəfindən öz benefisiar mülkiyyətçilərinin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən xarici hüquqi şəxsin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim edilməsi aşağıdakı mərhələlərlə təmin edilir:
► iri sahibkarlıq subyektləri üçün 31 dekabr 2025-ci il tarixinədək;
► orta sahibkarlıq subyektləri üçün 30 iyun 2026-cı il tarixinədək;
► kiçik sahibkarlıq subyektləri üçün 31 dekabr 2026-cı il tarixinədək;
► mikro sahibkarlıq subyektləri üçün 31 dekabr 2027-ci il tarixinədək;
► qeyri-hökumət təşkilatları və dini qurumlar üçün 30 iyun 2026-cı il tarixinədək.
26 noyabr 2019-cu ildə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan so...