“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir

28 dekabr 2018-ci il tarixində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir. Dəyişikliklər dövlət satınalma prosesslərinə bir sıra istiqamətlərdə yeniliklər gətirəcəkdir. İlk olaraq, elektron satınalmaların keçirilməsinə başlanılmasını qeyd etmək yerinə düşər. Belə ki, dəyişikliyə əsasən iddiaçıları təkliflərini kağız daşıyıcılarla yanaşı, elektron formada da təklif edə biləcəklər. Elektron formada keçiriləcək satınalma 3 ay ərzində yaradılması nəzərdə tutulan “dövlət satınalmalarının vahid internet portalı” vasitəsilə həyata keçiriləcək. Dəyişikliyə əsasən, elektron satınalma prosesi zamanı qalib təklif avtomatik olaraq dəyərləndirilərək elektron formada seçiləcəkdir.

Digər qeyd olunmalı dəyişiklik isə tender təkliflərinin qiymətləndirilməsi ilə bağlıdır. Qanuna əsasən, satınalan təşkilat satınalmadan əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Ehtimal olunan qiymət təsdiq olunmadan satınalma prosesi başlana bilməz. Ehtimal olunan qiyməti hesablamaq üçün peşəkar qiymətləndiricilər də cəlb edilə bilər. Ehtimal olunan qiymət zərflərinin açıldığı günədək məxfi saxlanmalıdır. Hər hansı təklifin qiyməti ehtimal olunan qiymətdən yüksək olsa həmin təklif satınalma prosedurundan kənarlaşacaq. Əgər təklif ehtimal olunan qiymətdən 20 faiz və ya daha artıq aşağıdırsa, həmin təklifdə qanunvericilikdə qeyd edilmiş səbəblər göstərilərək rədd edilə bilər.

Növbəti dəyişiklik isə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı” adlı yeni bir fəslin qanuna əlavə olunmasıdır. Qanuna əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir.

            Dövlət satınalmalarında iştirakla bağlı sualı olan sahibkarlar və fiziki şəxslər aşağıdakı əlaqə vasitələri ilə şirkətimizlə əlaqə saxlaya bilərlər.


Əlaqə nömrəsi: +994 12 480 14 86
Elektron poçt ünvanı: [email protected]

Oxşar Yazılar

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...

Mar 12, 2026
Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...

Aug 04, 2026
Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)

Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)

“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətin...

Jul 08, 2026