Avropa Birliyinin yeni qaydaları Azərbaycan şirkətlərinə da şamil olunacaqdır

25 May 2018-ci ildən Avropa Birliyində yeni Məlumatların Qorunması üzrə Ümumi Qaydalar (ingiliscə General Data Protection Regulation, qısa adla “GDPR”) qüvvəyə minir. Yeni qaydalara əsasən, Avropa Birliyi ərazisində yaşayan şəxslərin fərdi məlumatlarının, o cümlədən birbaşa və ya dolayı yollarla onların adı, identifikasiya nömrəsi, fiziki, psixoloji, genetik, əqli, iqtisadi və ya sosial xüsusiyyətlərini əks etdirən məlumatlarının toplanılması, saxlanılması, istifadəsi, ötürülməsi və silinməsi ilə bağlı müddəalar daha da sərtləşdirilmişdir.

Avropa Birliyində yaşayan şəxslərin fərdi məlumatlarını toplayan və ya istifadə edən şəxslər, yəni bu şəxslərə xidmət və ya mal satan şirkətlər yeni qaydalara əməl etməlidirlər. Yəni, yeni qaydalar Avropa Birliyindən kənarda yerləşib, amma onun subyektlərinə mal və ya xidmət satan şirkətlərə də şamil olunacaqdır.

GDPR qaydalarına əməl etməyən, fərdi məlumatlarla işini və daxili qaydalarını tələb edilən standartlarda qurmayan şirkətlər illik gəlirlərinin (bütün dünya üzrə gəlirlərinin) 4% və ya 20 milyon avroyadək məbləğdə cərimələnir.  Qeyd etmək lazımdır ki, bu isə öz növbəsində digər hüquqi məcburiyyət vasitələrini və sanksiyaları da istisna etmir.

Avropa Birliyində yaşayan şəxslər, o cümlədən AB üzv dövlətlərinin vətəndaşlarına aid şəxsi məlumatları əldə edən Azərbaycan şirkətləri də qeyd edilən qaydaların tətbiqi dairəsinə düşür və belə bir risklə qarşılaşa bilərlər.

Bura daha çox hotellər, turizm şirkətləri, sərnişindaşıma ilə məşğul olan nəqliyyat şirkətləri, internet üzərindən AB üzv dövlətlərinə mal və ya xidmət satan Azərbaycan şirkətlərini aid etmək olar.

Qaydaların sizin şirkətə tətbiq edilib-edilməməsini öyrənmək üçün, habelə ətraflı hüquqi dəstək üçün Caspian Legal Center ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar Yazılar

Vergi Məcəlləsi dəyişiklikləri 2020

Vergi Məcəlləsi dəyişiklikləri 2020

Vergi Məcəlləsinə edilmiş və 2020-ci il 1 yanvar tarixindən qüvvəyə minəcək dəyişikliklər

Dec 29, 2019
Hüquqi şəxsin ləğv edilməsi - Müəssisənin bağlanılması

Hüquqi şəxsin ləğv edilməsi - Müəssisənin bağlanılması

Azərbaycan bazarına daxil olmaq və hüquqi şəxs təsis etmək nisbətən asandır. Lakin müəssisələr bi...

Aug 12, 2021
Arbitraj məhkəmələrinin qərarlarının tanınmasından  hansı hallarda imtina edilə bilər?

Arbitraj məhkəmələrinin qərarlarının tanınmasından hansı hallarda imtina edilə bilər?

Konstitusiya Məhkəməsi xarici arbitraj qərarlarının tanınması ilə bağlı bəzi məqamlara aydınlıq g...

May 15, 2019
Ələt Azad İqtisadi Zonası: Qeydiyyat

Ələt Azad İqtisadi Zonası: Qeydiyyat

Dünya Bankının 2021-ci il hesabatlarıda qeyd edilir ki, hazırda dünyada 147 iqtisadiyyat daxilind...

Oct 30, 2023
Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları

Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları

zərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə “Azərbaycan ...

May 13, 2020