Konsaltinq şirkətləri: konsaltinq şirkətlərinin xidmətləri
Konsaltinq şirkətləri adətən məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə hüquq konsaltinq, vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, biznes konsaltinqi, texniki təhlükəsizlik üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər.
Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.

Konsaltinq şirkətləri adətən məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə hüquq konsaltinq, vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, biznes konsaltinqi, texniki təhlükəsizlik üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər. Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.

Konsaltinq şirkətləri: konsaltinq şirkətlərinin xidmətləri

 

Konsaltinq şirkətləri adətən məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə hüquq konsaltinq, vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, biznes konsaltinqi, texniki təhlükəsizlik üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər.

Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.

Konsaltinq xidmətlərini göstərən şirkətlər göstərdiyi xidmətin nəticəsinə əsasən təminat vermədən formalaşmış təcrübə və xüsusi bilikləri əsasında məsləhət və tövsiyələrini verirlər. Bununla belə, konsaltinq şirkətləri ilə bağlanılan müqavilələrdə aşağıdakı məqamların nəzərə alınmasını tövsiyə edirik:

-          Göstəriləcək konsaltinq xidmətlərinin dəqiq dairəsi

-          Xidmətlərə daxil olmayan məsələlər

-          Konsaltinq şirkətinin təminat verdiyi nəticələr

-          Konsaltinq şirkətinin məsuliyyəti – qəsdən və ya kobud ehtiyatsızlıqdan verilmiş yanlış məsləhətin hüquqi nəticəsi

-          Konsaltinq xidmətlərinin göstərilməsinə cəlb ediləcək şəxslərə dair tələblər və ya onların siyahının (adlarının) dəqiq müəyyən olunması

-          Xidmətlərin göstərilmə müddəti

-          Konsaltinq şirkətindən tələb edilən peşəkar məsuliyyət sığortası

-          Digər ümumi müqavilə şərtləri

Konsaltinq şirkətlərinin əsas müqavilə öhdəliyi mövzu üzrə məsləhətin verilməsi olduğundan, praktikada hər hansı nəticənin baş verməsinə təminatın alınması dəqiqləşdirilməlidir. Verilmiş məsləhətin yanlış çıxması nəticəsində baş verəcək zərərlər praktikada əsasən, peşəkar məsuliyyət sığortası (professional liability insurance) əldə edilməklə aradan qaldırılır. Bu zaman konsaltinq şirkətinin peşəkar məsuliyyətinin həddinin və sığorta hadisəsinin ətraflı izahının müqavilədə əks etdirilməsi tövsiyə edilir. Bu və oxşar səbəblərdən konsaltinq şirkətlərinin seçimində və onlarla müqavilələrin bağlanılmasında hüquqi dəstəyin alınması tövsiyə olunur.

Caspian Legal Center şirkəti Azərbaycanda fəaliyyət göstərən konsaltinq şirkətlərindən biri kimi aşağıdakı məsələlərdə sizə dəstək verməyə hazırdır:

-          Hüquq məsləhətləri və hüquqi təmsilçilik

-          Biznesin təşkili zamanı hüquqi və vergi planlaması

-          Vergi konsaltinqi və mübahisələrin həlli

-          Mühasibatlıq xidmətləri və mühasibatlıq uçotunun təşkili

-          Hüquq və vergi konsaltinqi sahəsində digər tələb edilən xidmətlər

Beynəlxalq reytinqli və Azərbaycan bazarında geniş təcrübəyə malik şirkət olaraq qeyd edilən sahədə xidmətlərinizi bizə həvalə edə bilərsiniz:

Telefon: 050 289 89 73

Email: [email protected]

Oxşar Yazılar

Konstitusiya Məhkəməsinin Plenumu kredit və ipoteka ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmişdir

Konstitusiya Məhkəməsinin Plenumu kredit və ipoteka ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmişdir

Konstitusiya Məhkəməsinin Plenumu kredit və ipoteka ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirm...

Jul 16, 2018
Xarici bank köçürmələri barədə rəsmi şərh

Xarici bank köçürmələri barədə rəsmi şərh

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və...

May 15, 2023
Məhkəmə əsl həqiqəti müəyyən etməlidirmi?

Məhkəmə əsl həqiqəti müəyyən etməlidirmi?

Məhkəmə əsl həqiqəti müəyyən etməlidirmi?

May 15, 2019
Xidməti əsər və müəlliflik hüququ ilə bağlı rəsmi şərhlər

Xidməti əsər və müəlliflik hüququ ilə bağlı rəsmi şərhlər

Hazırki şərh “Caspian Legal Center”in “Müəlliflik hüquqları və bəzi əlaqəli hüquqlar haqqında” Az...

May 04, 2026
BAKÜ’DE HUKUK BÜROSU, AVUKATLAR VE DANIŞMANLIK

BAKÜ’DE HUKUK BÜROSU, AVUKATLAR VE DANIŞMANLIK

Azerbaycanda hukuk danışmanlığı, avukatlar, Baküde hukuk büroları ile ilgili Türk vatandaşları ta...

Sep 22, 2020