Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı
Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

 

T. Şıxəliyevin əmək müqaviləsi üzrə işçisi V. Şirəliyev (sürücü-yükdaşıyan) təqsirli olaraq  yol-nəqliyyat hadisəsinin törətmiş və zərərçəkmiş şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Filialı məhkəməyə müraciət etmişdir.

DSMF Mülki Məcəllənin 1097 və 1099-cu maddələrini əsas götürərək öz iddiasını işəgtürən T.Şıxəliyevə qarşı irəli sürmüşdür. Cavabdeh T. Şıxəliyev isə öz etirazında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü notariat qaydasında təsdiqlənmiş etibarnamə ilə həmin avtomobilə qanuni əsasla sahiblik edən şəxs olmuşdur. Bu səbəbdən də Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən sürücü V.Şirəliyev məsuliyyət daşımalıdır.

Səbail Rayon Məhkəməsi hesab etmişdir ki, mübahisəyə Mülki Məcəllənin 1108-ci maddəsi tətbiq edilməli, belə olan halda da törədilmiş mülki hüquq pozuntusuna görə yüksək təhlükə mənbəyinin qanuni sahibi kimi sürücü məsuliyyət daşımalıdır.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən aparılan araşdırma zamanı məsələ ilə bağlı iki fərqli mövqeyin olduğu müəyyən olunmuşdur. İki fərqli yanaşmaya görə:

1)      Zərərvuran şəxsin əmək münasibətlərində olması halında Mülki Məcəllənin 1099-cu maddəsi tətbiq edilməlidir. Çünki mülki hüquq pozuntusu nəticəsində zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır.

2)      Zərərvuran əmək münasibətlərində olsa da, Mülki Məcəllənin 1108-ci maddəsi tətbiq edilməlidir. Zərərin əvəzini ödəmək vəzifəsi isə yüksək təhlükə mənbəyinə qanuni əsaslarla sahiblik edən şəxsin üzərinə düşür. Yəni Mülki Məcəllənin 1108-ci maddəsində göstərilən mənbələrin fəaliyyəti ilə bağlı vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini əmək müqaviləsinin olduğu halda da işəgötürən deyil, məhz qanuni sahiblik edən şəxs (sürücü) daşımalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalı və məsələ aşağıdakı qaydada həll edilməlidir:

                           I.            Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir;

                        II.            Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə  mənbəyinə  mülkiyyət  hüququ  ilə  və  ya  digər  qanuni  əsasla  sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

Oxşar Yazılar

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişi...

Sep 18, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026