Gömrük yığımlarının məbləğləri artırılmışdır
Gömrük yığımlarının məbləğləri artırılmışdır

Gömrük yığımlarının məbləğləri artırılmışdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2018-ci il tarixli qərarı ilə gömrük yığımlarının məbləğlərində dəyişiklik edilmişdir. Qərara əsasən, malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği artırılmışdır.

Dəyişikliklərə görə, gömrük dəyəri 1000 manatadək olan mallar üçün 15 manat, gömrük dəyəri 1000-10000 manat aralığında olan mallar üçün 60 manat, 10000-50000 manat aralığında mallar üçün 120 manat, 50000-100000 manat aralığında mallar üçünsə 200 manat məbləğində gömrük yığımı alınacaqdır. Əgər dəyişikliklərə qədər gömrük dəyəri 100000 manatdan yuxarı mallar üçün eyni məbləğdə gömrük yığımı alınırdısa, hazırda dəyəri 100000 manatdan yuxarı mallar da kateqoriyalara bölünmüşdür. Belə ki, gömrük dəyəri 100000-500000 manat aralığında mallar üçün 300 manat, 500000-1000000 manat aralığında mallar üçün 600 manat, gömrük dəyəri 1000000 manatdan yuxarı mallar üçünsə 1000 manat məbləğində gömrük yığımı alınacaqdır.

Bundan əlavə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımları yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 30 manat, digər nəqliyyat vasitələri üçünsə 25 manat məbləğində müəyyən edilmişdir. Stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımı da artırılaraq hər 24 saat üçün 10 manat məbləğində müəyyən edilmişdir.

Dəyişikliklər 5 sentyabr 2018-ci il tarixində qüvvəyə minmişdir.

Oxşar Yazılar

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişi...

Sep 18, 2026
Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin a...

May 13, 2026
Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026