Mühasibat uçotunun aparılması standartları dəyişdirilmişdir
Mühasibat uçotunun aparılması standartları dəyişdirilmişdir

Mühasibat uçotunun aparılması standartları dəyişdirilmişdir

1 iyun 2018-ci ildə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra: Qanun) dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir.

Qanuna edilmiş əsas dəyişikliklər bir neçə kateqoriyada təsnif edilə bilər.

1. Dəyişikliklərə əsasən, sahibkarlıq subyektləri 4 qrupa ayrılır- mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri. Adı çəkilən bölgünün meyarları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinin mühasibat uçotunu aparması qaydaları da məhz bu meyarlara əsasən fərqləndilir.

2. Qanunla mühasibat uçotunun aparılmasının yeni qaydaları müəyyən edilmişdir ki, mühasibat uçotu subyektlərinin bu qaydalara əməl etməsi məcburidir. Belə ki, subyektlər tərəfindən müəssisə daxilində mühasibat uçotu ilə məşğul olan bölmə yaradılmalı və ya müqavilə əsasında cəlb edilməlidir.

Yeni qaydalara əsasən, sahibkarlıq subyektlərində baş mühasib fəaliyyət göstərməlidir ki, iri sahibkarlıq subyektlərində, büdcə təşkilatlarında və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərdə baş mühasib peşəkar şəxslər olmalıdır. Bu müəssisələrdə mühasib müqavilə əsasında cəlb edildikdə isə ən azı 2 ədəd peşəkar mühasiblə əmək müqaviləsi bağlanmış olmalıdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdə isə bu tələb ən azı bir peşəkar mühasiblə əmək müqaviləsinin olmasıdır.

3. Həmçinin, mühasibat uçotunun aparılması standartları da dəyişdiriləcəkdir. Belə ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatının Beynəlxalq Standartları, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları Maliyyə Nazirliyi tərəfindən Azərbaycan dilinə tərcümə olunacaq və rəsmi mətnlər dərc edildiyi gündən onlar qüvvədə olacaqlar. Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları isə həmin gündən ləğv ediləcəkdir.

Yeni standartlar tətbiq olunduqdan sonra sahibkarlıq subyektlərinin əsas götürəcəyi standartlar da müəyyən edilmişdir. Belə ki, mikro və kiçik, habelə orta sahibkarlıq subyektləri üçün Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar müəyyən edilir ki, həmin subyektlər mühasibat uçotunu bu formada da apara bilərlər, və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatının Beynəlxalq Standartlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun da tərtib edə bilərlər.

İri sahibkarlıq subyektləri öz maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatının Beynəlxalq Standartlarına və ya Maliyyə Nazirliyi tərəfindən  müəyyən edilən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edə bilərlər.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət maliyyə nəzarəti tədbirləri və vergi yoxlamaları həyata keçirilərkən yuxarıda adıçəkilən tələblərin təmin edilməsi də yoxlanılacaqdır. Qeyd edilən tələblərə uyğun mühasibat uçotunun aparılmaması inzibati məsuliyyətə səbəb olacaqdır. Buna görə məsuliyyəti isə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidməti göstərən hüquqi və ya fiziki şəxs daşıyacaqdır.

Oxşar Yazılar

Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan ...

Jun 11, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...

Aug 04, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026