Nigar Quliyeva CLC-d Hüquq məsləhətçisi və Bakı Dövlət Univeritetinin Sabah Qruplarının məzunudur. Təhsil aldığı dönəmdə yüksək akademik göstəricilərə sahib olmaqla bərabər, universitetdən kənar fəaliyyətlərində də olduqca aktivdir. Belə ki, bir sıra həm yerli , həm beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş tədbir və layihələrdə, yay məktəblərində iştirak etmişdir. Nigar Quliyeva eyni zamanda bir sıra məhkəmə müsabiqələrinin iştirakçısı olmuş, Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil edilmiş “2023-cü il Xoyski Mediasiya Məhkəmə Müsabiqəsi”ndə, həmçinin Paşa Bankın Əlaçı müsabiqəsində qalib gəlmişdir.
O, əsasən biznesin yaradılması və şirkətlərin qeydiyyatı, filial və nümayəndəliklərin qeydiyyatı, korporativ hüquq və uyğunluq (compliance) məsələləri (o cümlədən korporativ reyestr məlumatlarının yenilənməsi və benefisiar mülkiyyətçilər barədə hesabatlılıq), AML (çirkli pulların yuyulmasına qarşı qanunlar) qanunvericiliyinə uyğunluq və bu sahədə hüquqi məsləhət, lisenziyalaşdırma, icazələrin alınması, immiqrasiya hüququ və əmək icazələrinin rəsmiləşdirilməsi, habelə Azərbaycanda şirkətlərin ləğvi və fəaliyyətinə xitam verilməsi məsələləri üzrə fəaliyyət göstərir.
çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) üzrə hüquqşünas; AML üzrə hüquqşünaslar; lisenziyalaşdırma üzrə hüquqşünaslar; filialların qeydiyyatı; nümayəndəliklərin qeydiyyatı; benefisiar mülkiyyətçilər barədə hesabatlılıq; Azərbaycanda ləğvetmə üzrə hüquqşünaslar.