Xarici valyutada əməliyyatlara dair məhkəmə təcrübəsi haqqında

Yasamal Rayon Məhkəməsində xarici valyutada aparılan əməliyyatlar üzrə  məhkəmə işləri üzrə səmərəli təcrübə yaradacaq işə baxılmış və müvafiq qərar qəbul edilmişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Caspian Legal Center (“CLC”) şirkətinin ölkə xaricinə valyutada köçümə əməliyyatı aparılması və 270 gün ərzində müvafiq xidmətlərin alınmasını təsdiq edən sənədin təqdim edilmədiyi iddia edilmiş və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

CLC tərəfindən bildirilmişdir ki, xaricdəki hüquqi layihələyə uyğun olaraq xarici hüquq şirkətlərindən müvafiq rəylər alınmış və xidmətlər faktiki olaraq elektron poçtla təqdim edilmiş rəylərdən (reportlardan) ibarət olmuş, habelə hal üzrə xidmətin göstərilməsini təsdiq edən kağız daşıyıcıda imzalanmış təhvil-təsklim aktının mövcud olmamış və belə bir tələb qanunvericiliklə müəyyən edilməmişdir.

İşə baxan məhkəmə tərəfindən haqlı olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyutda əməliyyatlarının aparılması” Qaydalarının tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 270 gündən artıq müddət ərzində idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilmədikdə deyil, ümumiyyətlə xidmətlər göstərilmədikdə və ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmadıqda yaranır. Eyni zamanda məhkəmə tərəfindən qeyd edilmişdir ki, inzibati xətalar haqqında işlərdə analogiyaya əsaslanan genişləndirici təfsir yol verilməzdir və qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir.

Odur ki, Caspian Legal Center tərəfindən xidmətlər faktiki olaraq əldə edildiyindən (müvafiq hesabatlar və rəylər işə əlavə edilmişdir) və İXM-nin müvafiq maddəsinin dispozisiyasına əsasən məsuliyyətin yaranması üçün imzalanmış sənədlərin təqdim edilməməsinin deyil, faktiki olaraq xidmətlərin göstərilməməsi faktının aşkar olunması zəruri olduğundan iş üzrə icraata xitam verilmişdir.

Qeyd olunan məhkəmə təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, istər banklar, istərsə də MBNP hüquqi şəxslərin müvafiq valyuta tənzimi qaydaları ilə inzibati xətaya yol verdikləri qənaətinə gəlmək üçün xidmətin alınıb-alınmamasını yoxlamalıdır. Belə ki,  təhvil-təslim aktının olmaması belə bir xidmətin alınmaması demək deyil, habelə inzibati xətanın yaranması üçün xidmətin alınmamış olması zəruridir. 

Xarici valyutada pul köçürmələri və oxşar inzibati xəta işləri barədə suallarınızı bizə yaza bilərsiniz:

Orxan Beydiyev, Hüquq Meneceri

Email: [email protected], [email protected]

Telefon: (050) 289 89 73, 012 (480 14 86)

Oxşar Yazılar

Biznes əməliyyatlarında qarantiyalardan istifadə

Biznes əməliyyatlarında qarantiyalardan istifadə

Bank qarantiyalarından istifadə biznes əməliyyatlarında, xüsusilə irihəcmli əməliyyatlarda və müq...

Feb 15, 2019
Vergi Məcəlləsi dəyişiklikləri 2020

Vergi Məcəlləsi dəyişiklikləri 2020

Vergi Məcəlləsinə edilmiş və 2020-ci il 1 yanvar tarixindən qüvvəyə minəcək dəyişikliklər

Dec 29, 2019
BAKÜ’DE HUKUK BÜROSU, AVUKATLAR VE DANIŞMANLIK

BAKÜ’DE HUKUK BÜROSU, AVUKATLAR VE DANIŞMANLIK

Azerbaycanda hukuk danışmanlığı, avukatlar, Baküde hukuk büroları ile ilgili Türk vatandaşları ta...

Sep 22, 2020
Yeni Koronavirusun hüquqi təsirləri

Yeni Koronavirusun hüquqi təsirləri

Ümumdünya Səhiyyə Təşkilatı 30 yanvar 2020-ci ildə yeni koronavirusun (COVID-19) yayılması ilə ba...

Mar 11, 2020
Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru: Borc və kompensasiyanın alınması üçün nələr edilməlidir?

Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru: Borc və kompensasiyanın alınması üçün nələr edilməlidir?

Azərbaycan Respublikası Mərkəzi Bankı qısa müddət ərzində Əmrahbank, Atabank, NBC Bank və AG Bank...

May 27, 2020