Məşğulluq sahəsində yeni nəzarət qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabineti “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib

Qaydaya əsəsən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, habelə fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən əhalinin məşğulluğu sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir.

Məşğulluq sahəsində nəzarət həmkarlar ittifaqlarının iştirakı ilə həyata keçirilir.

Məşğulluq sahəsində nəzarət plan üzrə və ya plandankənar yoxlamalar və məşğulluq sahəsində məlumatların monitorinqi formalarında həyata keçirillir.

Plan üzrə və ya plandankənar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubikasının Qanununa uyğun həyata keçirilir.

Məşğulluq sahəsində monitorinq bu sahədə məlumatların toplanmasından, öyrənilməsindən və monitorinqin nəticələri üzrə tədbirlərin görülməsindən ibarətdir. Monitorinq zamanı aşkar edilmiş hüquq pozuntuları müvafiq məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir.

Məşğulluq sahəsində nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:

  • məşğul şəxslərin reyestrinə məşğul şəxslər barədə məlumatların daxil edilməsi;
  • işəgötürənlər tərəfindən Xidmətin göndərişi əsasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi;
  • Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatın reyestrə daxil edilməsi;
  • işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların Xidmətə təqdim edilməsi;
  • işəgötürənlər tərəfindən Xidmətin göndərişinin təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın qəbul edilərək Xidmətə təqdim edilməsi;
  • işəgötürənlər tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə, bu barədə məlumatların “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nə  daxil edilməsi və.s;

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə ümumillikdə 300 manatdan 1000 manata qədər cərimə nəzərdə tutulur.

Oxşar Yazılar

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...

May 27, 2026
Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026
Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)

Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)

“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətin...

Jul 08, 2026
Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Yeni qəbul edilmiş "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası...

Sep 30, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026