Mühasibatlıq Xidmətləri | Mühasibat Uçotu Xidməti - CLC
Mühasibatlıq Xidmətləri | Mühasibat Uçotu Xidməti - CLC

 

Mühasibatlıq xidmətlərinin Azərbaycan təcrübəsində əhəmiyyəti

 

Mühasibat uçotunun düzgün və mütəmadi təşkili hər bir şirkətin diqqət verməli olduğu məqamlardandır. Hər bir hüquqi şəxsin mühasibat uçotu qanunvericilikdəki tələblərə uyğun şəkildə qurulmalıdır. Bu tələb həm kommersiya qurumlarına, həm də qeyri-kommersiya qurumlarına aiddir.

Qanunvericiliyə əsasən mühasibat uçotu xidmətlərini hər bir şirkət daxili resursları hesabına (öz mühasib və mütəxəssisləri vasitəsilə) təşkil edə və ya kənar şirkətləri bu işə cəlb edə bilər.

Azərbaycanda baş verən vergi islahatları və gəlirlərin şəfafflaşdırılması tələbləri mühasibat uçotunun qurulması, “ağ mühasibatlığ”a keçidi zəruri edir. Bir çox hallarda şirkətlər peşəkar dəstək olmadan bunu etdikləri halda vergi riskləri daşımaqla bərabər, artıq vergi ödəmələrinə də yol verirlər. Mühasibat işinin təşkili, xüsusilə şəffaflaşdırılması xüsusi plan əsasında vergi, mühasibatlıq və hüquq mütəxəssislərinin birgə fəaliyyəti ilə həyata keçirilməlidir. Məsələn, uçotda olmayan və uzun müddət istifadədə olan əsas vəsaitlər (məsələn binalar) və ya avadanlıqlar az xərclə balansa alınmalı və uçotda əks etdirilməlidir. Bu isə komanda işi tələb edir. Və ya şirkətin sənədləşdirilməmiş xərcləri sənədləşdirildikdə əlavə hüquqi risklər və artıq vergi ödəmələri yaranmaması üçün peşəkar mütəxəssis komandası ciddi analiz və planlama həyata keçirməlidir.
 

 

Mühasibatlıq xidmətinin aşağıdakı üstünlükləri vardır:

 

  • Mühasibatlıq uçotu doğru aparıldığına görə, Vergi Məcəlləsində müəyyən edilmiş və vergi orqanına əlavə hüquqlar verilməsinə səbəb olan hallar aradan qalxır. Məsələn, mühasibatlıq uçotu aparılmadıqda və ya qanunvericiliyə uyğun aparılmadıqda, vergi orqanı əlaqəli məlumatlar (üçüncü şəxslər, digər şirkətlər və s) əsasında vergiləri yenidən  hesablaya bilər. Bu isə şirkət üçün riskdir.
  • Mühasibat xidmətləri şirkəti İnzibati Xətalar Məcəlləsində uçotun aparılmaması və ya doğru aparılmamasına görə müəyyən edilmiş cərimələrdən qoruyur.
  • Mühasibat xidməti alan kiçik şirkətlər (vergi ödəyiciləri)  - mikro sahibkarlıq subyektləri (dövriyyəsi illik 200 000 AZN-i keçməyən ödəyicilər) 10% dividend vergisindən azad olunurlar.
  • Şirkətdə şəffaflıq işçilər tərəfindən mənimsəmə və sui istifadə hallarının qarşısını alır, şirkət sahibləri gəlir və xərclərinə tam nəzarət imkanı əldə edirlər;
  • Mühasibatlıq uçotu olmadıqda rəsmiləşdirilməmiş xərclərin qəbul edilməsi mümkün olmur və beləliklə, əslində faktiki xərclər olsa belə, mənfəət bu xərclərin hesabına azaldılmır və artıq vergi ödənilmiş olur.
  • Şirkət rəhbəri və vergi ödəyiciləri vergidən yayınma ittihamları, gəlirin mənbəyi kimi qanuni problemlərdən azad olur.
     

 

Mühasibat xidmətinin (mühasibatlıq şirkətinin) seçilməsi

 

Qeyd edildiyi kimi, mühasibatlıq xidməti daxili resurlar (şirkətin mühasib işçiləri) hesabına və ya kənar şirkət vasitəsilə göstərilə bilər. Azərbaycanda, o cümlədən Bakıda mühasibatlıq xidmətləri təklif edən kifayət qədər sayda mühasib və mühasibatlıq şirkətləri (maliyyə-mühasibatlıq firmaları) mövcuddur. Belə olan təqdirdə, mühasibatlıq xidmətinin təşkili üçün cəlb ediləcək şirkətin seçilməsi meyarı ən zəruri məqamlardan olur. 

Mühasibatlıq xidmətlərinin hansı formada seçimi şirkətin daxili resurslarının mövcudluğu və peşəkarlığından asılı olacaqdır. Kənar mühasibatlıq xidməti və ya mühasibatlıq şirkətinin cəlb edilməsi, peşəkar xidmət almaq imkanı ilə yanaşı belə şirkət üçün məsuliyyət də müəyyən edir. Yəni, mühasibatlıq və ya vergi pozuntuları olduqda işçini maddi məsuliyyətə cəlb etmək çox çətin (praktikada qeyri-mümkün) olur, amma mühasibatlıq xidmətləri göstərən şirkət müqavilə şərtlərinə əsasən göstərdiyi xidmətin qüsurlarına görə məsuliyyət daşımalı olur.

Mühasibat xidməti seçilməsi zamanı aşağıdakılara diqqət yetirilməlidir:

  • Mühasibatlıq xidməti təklif edən şirkətin/şəxsin peşəkarlığı və təcrübəsi;
  • Bir çox hallarda, mühasibatlıq xidmətlərinin peşəkar şəkildə göstərilməsi üçün vergilər üzrə hüquqşünas dəstəyinə ehtiyac olur (Vergi Məcəlləsinin şərhi, sualların aydınlaşdırılması, vergi mübahisələrinin inzibati və ya məhkəmə qaydasında həlli, uçot sənədlərinin, xüsusilə müqavilələrinin qanunvericiliyə və şirkətin vergi maraqlarına uyğunluğu və s.), belə bir hüquqi dəstək imkanının mövcudluğu
  • Əsas və ciddi müştərilərinin siyahısı (Mühasibat uçotu xidməti axtaran şirkətin iş həcmi və əməliyyatlarına oxşar şirkətlərlə iş təcrübəsi, belə şirkətlərin mövcud mühasibatlıq və vergi işləri)
  • Vergi mübahisələrinin həllində təcrübəsi və həll etdiyi vergi məsələləri
  • Peşəkar nəzəri bilikləri və bu biliklərin təsdiqi (diplom və sertifikatlar)
  • Mütəxəssislərinin sayı və peşəkarlığı (komanda üzvləri olmadıqda, sayı az olduqda və ya qeyri-peşəkar komanda üzvü olduqda iş həcmi artması və ya qəliz vergi məsələlərində təkbaşına həll qeyri-mümkün olacaqdır).

 

CLC tam-tərkibli komanda üzvləri ilə mühasibatlıq və vergi işinin təşkili xidməti təklif edən, xarici reytinqlərə daxil edilmiş (World Tax 2020) yerli şirkətlərdən biri kimi mühasibat uçotunun qurulması, tam mühasibatlıq və vergi xidmətləri təklif edir. CLC Bakıda mühasibatlıq xidmətləri göstərən bir çox şirkətdən fərqli olaraq, mühasibatlıq işini vergi tənzimləməsi çərçivəsində görür və hər zaman vergi hüququ məsləhətləri ilə, habelə digər zəruri hüquqi risklərlə birlikdə uğurla təşkil edir. Mühasiblərdən əlavə, vergi hüquqşünaslarından ibarət olan peşəkar komandaya malik CLC “ağ mühasibatlığ”a keçidi tam planlı və peşəkar şəkildə, vergilərin optimal ödənilməsi, minimal xərc və hüquqi problemlərdən azad şəkildə təşkil edir. 

Suallar barədə bizimlə əlaqə saxlayın:

Email: [email protected]

Tel: 00994 50 289 89 73