Kiçik biznes subyektləri audit öhdəliyindən azad edilib
Mülki Məcəlləyə edilmiş və 24 may 2019-cu il tarixdən etibarən qüvvəyə minən dəyişikliklərə əsasən illik maliyyə auditi və maliyyə hesabatlarının dərc edilməsi ilə bağlı bir sıra tələblər aradan qaldırılmışdır.
Dəyişikliklərə əsasən, mikro və kiçik biznes subyektləri illik audit öhdəliyindən, həmçinin səhmdar cəmiyyət formasında fəaliyyət göstərdikləri halda isə əlavə tələb kimi müəyyən edilmiş illik maliyyə hesabatlarını dərc etdirmək öhəliyindən azad ediliblər.
Əvvəlki qaydalara əsasən, bütün məhdud məsuliyyətli cəmiyyətlər kənar audit cəlb etməli və bütün səhmdar cəmiyyətlər isə illik maliyyə hesabatlarını dərc etməli idilər.
Xatırladırıq ki, sahibkarlıq subyektlərinin meyarları aşağıdakı kimidir:
| Sahibkarlıq subyektlərinin kateqoriyaları | İşçilərinin orta sayı | İllik gəlir (İG) (1000 AZN) |
| Mikro sahibkarlar | 1-10 | İG ≤ 200 |
| Kiçik sahibkarlar | 11-50 | 200 < İG ≤ 3 000 |
| Orta sahibkarlar | 51-250 | 3 000 < İG ≤ 30 000 |
| İri sahibkarlar | 251 və daha çox | 30 000 < İG |
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişi...
“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...
Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...
Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...
“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətin...