Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik
Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik

Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90-cı maddəsinin müddəalarına əsasən, “...məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır.”

 

Təcrübədə qeydiyyat orqanı tərəfindən analoji hallara əsaslanaraq, cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması nizamnamə kapitalının iştirakçının (təsisçinin) əlavə payları hesabına artırılmasına bərabər tutularaq audit rəyi tələb edilir. Halbuki bu halda qanunvericilikdə belə tələb müəyyən edilməmişdir. Caspian Legal Center qeydiyyat orqanı tərəfindən tətbiq edilməməli normanın tətbiq edildiyini və analogiyanın yolverilməzliyini əsas götürərək, yuxarı vergi orqanı qarşısında bu məsələni qaldırmışdır. Yuxarı vergi orqanı tərəfindən belə qərar qəbul edilmişdir ki, bu halda analoji norma tətbiq edilməməli, yəni nizamnamə kapitalının müəssisənin xalis mənfəəti (əmlakı) hesabına artırılması zamanı audit rəyi tələb edilməməlidir.

 

Beləliklə, nizamnamə kapitalının müəssisənin ötən ilə olan xalis mənfəəti, yəni hüquqi şəxsin əmlakı hesabına artırılması qaydası nizamnamə kapitalının cəmiyyətin iştirakçısının (təsisçisinin) əlavə payları hesabına artırılmasından fərqləndirilməlidir. Mülki Məcəllənin 64.8-9-cu maddələri (“Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Təsərrüfat cəmiyyəti iştirakçısının mayasının pulla qiymətləndirilməsi cəmiyyətin iştirakçıları (təsisçiləri) arasında razılaşmaya əsasən yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən) keçirilməlidir”) bu hala şamil edilmir.

 

Oxşar Yazılar

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir

Jul 09, 2020
Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

May 24, 2021
Dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilmişdir

Dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilmişdir

Dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilmişdir

Jan 02, 2023
Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru

Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru

Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru

May 27, 2020