Dövlət Satınalmaları Qanunu Şərh edildi
Dövlət Satınalmaları Qanunu Şərh edildi

Dövlət Satınalmaları Qanunu Şərh edildi

Dövlət Satınalmaları Qanunu Şərh edildi

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 50-4.2-ci maddəsinə görə elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərən malgöndərənlərin sayı səmərəli rəqabəti təmin etmək üçün 3 iştirakçıdan az olduqda, satınalan təşkilatın bu proseduru ləğv edə bilər. Həmin Qanunun 29.4-cü maddəsinə görə iştirak haqqı heç bir halda qaytarılmır. Lakin praktikada 50-4.2-ci maddəyə əsasən tenderin davamından imtina edildiyi da halda iştirak haqqının geri qaytarılıb-qaytarılmaması ilə bağlı qeyri-müəyyənlik yaranmışdır.

Belə ki,  Konstitusiya Məhkəməsi 16 sentyabr 2022-ci ildə qəbul edilmiş “Palladium Defence and Security Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin  Azərbaycan  Respublikası  Konstitusiyasının   29-cu maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair Qərarında bu məsələ ilə bağlı müvafiq şərhlər vermişdir.

İlk olaraq, Konstitusiya Məhkəməsi qeyd edir ki, iştirak haqqı tenderin keçirilməsi ilə əlaqədar xərclərin qarşılanması üçün ödənilir. Bundan əlavə iştirak haqqını ödəməklə iddiaçı eyni zamanda tenderdə iştirak etmək niyyətinin nə dərəcədə ciddi olduğunu göstərmiş olur. Bununla da, Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, 29.4-cü maddəsinin məzmununda heç bir qeyri-müəyyənlik yoxdur və iştirak haqqının heç bir halda geri qaytarılmaması iştirakçı sayının az olması ilə davamından imtina edilmiş tenderlərə də şamil edilir.

Lakin, Konstitusiya Məhkəməsi məsələyə mülkiyyət hüququ baxımından yanaşaraq qeyd edir ki, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayının qanunla tələb olunan saydan az olması səbəbindən davamından imtina edilmiş tenderin yenidən elan olunması zamanı əvvəlki iddiaçıdan təkrarən iştirak haqqının tutulması onu sonradan qoşulan digər iddiaçılara nisbətən əlverişsiz vəziyyətdə qoyur. Nəticədə “Dövlət satınalmaları haqqında” Qanunun preambulasında əks olunmuş mühüm prinsiplərdən birinin (bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılması prinsipinin) pozulması ilə yanaşı, baş tutmamış tender iddiaçısının fərdi və həddən artıq yükə məruz qalması, mülki dövriyyə subyektlərinin dövlət satınalmalarında iştirakla bağlı təşəbbüskarlığına əlavə maneənin yaradılması da baş verir. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin müddəalarının malgöndərənlərin (podratçıların) sayının üç iştirakçıdan az olması səbəbindən baş tutmamış tenderlərə şamil edilməsi Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinin tələbləri ilə uzlaşmamasına səbəb olur. 

Nəticə etibarilə Konstitusiya Məhkəməsi qeyd edir ki, qannverici iştirak haqqının geri qaytarılmasını mümkün hesa etməsə də, həmin iştirak haqqı yenidən keçiriləcək tenderdəki iştirak haqqı ilə əvəzləşdirilməlidir.

Oxşar Yazılar

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişi...

Sep 18, 2026
Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...

Feb 20, 2026
Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...

May 27, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026