İşədüzəltmə agentlikləri tərəfindən aylıq məlumatların verilməsi qaydaları
13 aprel 2019-cu ildə “İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası” (bundan sonra: Qaydalar) qüvvəyə minmişdir.
Qaydalar əsasən, işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları hər ay üzrə növbəti ayın 5-dən gec olmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Alt Sisteminə ötürməlidirlər. Bu zaman müraciət edən şəxslərə dair fərdi məlumatlar, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlar və məşğulluq tarixçəsinə dair məlumatlar ötürülür. Məlumatların təqdim edilmə forması ilə tanış olmaq üçün baxın:
http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=44784
Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...
Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...
“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...
Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...