Ceyhun Xəlilov - 2021-ci ildən CLC komandasının üzvü olan Ceyhun Bakı Dövlət Universitetinin hüquq fakültəsini (ingiliscə) bitirmişdir. O, CLC-yə qoşulmazdan öncə bir sıra dövlət və kommersiya qurumlarında təlim keçmişdir. Universitet dövründə beynəlxalq və yerli məhkəmə və hüquq müsabiqələrinin iştirakçısı və qalibi olmuş, habelə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının baş redaktoru kimi fəaliyyət göstərmişdir. Liderlik, analitik düşüncə, hüquqi araşdırma, hüquqi yazı və arqumentasiya bacarıqları ilə fərqlənən Ceyhun Xəlilov əsasən mülki, korporativ, müqavilə, mülkiyyət və vərəsəlik hüququ üzrə fəaliyyət göstərir.