Vergi rezidentliyi sertifikatını necə əldə etmək olar?
Vergi rezidentliyi sertifikatını necə əldə etmək olar?
Azərbaycanda Vergi Rezidentliyi Sertifikatının alınması  12 iyun 2017-ci il tarixdə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş

Vergi rezidentliyi sertifikatını necə əldə etmək olar? Azərbaycanda Vergi Rezidentliyi Sertifikatının alınması  12 iyun 2017-ci il tarixdə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş "İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları" əsasında həyata keçirilir. 

Vergi rezidentliyi sertifikatını necə əldə etmək olar?

Azərbaycanda Vergi Rezidentliyi Sertifikatının alınması  12 iyun 2017-ci il tarixdə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş "İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları" əsasında həyata keçirilir. 

FormaRəsmi adıMüraciət edənMəqsədNəticə
DTA-01Rezidentlik haqqında arayışın alınması üçün ərizəAzərbaycan rezidenti (fiziki və ya hüquqi şəxs)İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdən faydalanmaq məqsədilə Azərbaycan rezidentliyini təsdiq edən arayışın alınmasıRezidentlik haqqında arayış
DTA-02Xarici dövlətdə ödənilmiş verginin təsdiq edilməsi (xarici vergi krediti üçün) barədə ərizəAzərbaycan rezidentiXarici dövlətdə ödənilmiş vergilərin təsdiq olunması və xarici vergi kreditinin tətbiqiXarici dövlətdə ödənilmiş vergilərin təsdiqi haqqında arayış
DTA-03Gəlir mənbəyində vergidən azadolmanın və ya azaldılmış vergi dərəcəsinin tətbiqi barədə ərizəAzərbaycanda gəlir əldə edən qeyri-rezidentVergi tutulmamışdan əvvəl saziş üzrə güzəştlərin tətbiq edilməsiGəlir mənbəyində vergidən azadolmanın və ya azaldılmış vergi dərəcəsinin tətbiqi barədə qərar
DTA-04Qeyri-rezident tərəfindən Azərbaycanda ödənilmiş vergilərin təsdiq edilməsi barədə ərizəQeyri-rezidentRezident olduğu dövlətdə vergi krediti və ya azadolma əldə etmək məqsədilə Azərbaycanda ödənilmiş vergilərin rəsmi təsdiqinin alınmasıAzərbaycanda ödənilmiş vergilər haqqında arayış
DTA-05Qeyri-rezident tərəfindən artıq ödənilmiş verginin geri qaytarılması barədə ərizəQeyri-rezidentSaziş üzrə nəzərdə tutulmuş dərəcədən artıq tutulmuş verginin geri qaytarılmasıArtıq tutulmuş verginin qaytarılması barədə qərar və vəsaitin qaytarılması

Rezidentlik sertifikatının alınması qaydaları

Vergi rezidentliyi sertifikatı (rezidentlik haqqında vergi arayışı) müəyyən dövlətdə vergi rezidentlik statusunu sübut etmək və İkiqat Vergi Müqavilələrindən fayda əldə etmək, yəni ikiqat vergi ödəməkdən azad olmaq üçün çox vacibdir. Rezidentlik Sertifikatı Dövlət Vergi Xidməti tərəfindən bir vergi ili üçün verilir.

Azərbaycanda vergi rezidentliyi haqqında sertifikatın alınması üçün DTA 1 forması elektron və ya kağız daşıyıcıda təsdiq edilərək Dövlət Vergi Xidmətinə təqdim edilir. DTA-01 Formasına əlavə olaraq, ona müvafiq xarici dövlət, ərizəçi vergi ödəyicisi haqqında məlumatlar, habelə işlərin (xidmətlərin) təsviri əlavə edilir. Razılığa gələn digər dövlətdə hər hansı gəlirə münasibətdə ikiqat vergi müqavilələri üçün nəzərdə tutulmuş vergidən azad edilmə və ya daha aşağı vergi dərəcələrinin əldə edilməsi məqsədilə Azərbaycan vergi rezidentliyi sertifikatı tələb olunarsa, DTA-01 Formasında müqavilənin tarixi və nömrəsi, gəlirin əsası, habelə əldə edilmiş gəlirin müvafiq valyutada məbləğini (əgər varsa) dəqiq göstərilməklə əldə edilməlidir. 

Müraciət edən vergi ödəyicisinin seçimi əsasında rezidentlik sertifikatı elektron və ya kağız daşıyıcıda əldə etmək mümkündür.

CLC-də biz sizi təmsil edə və Azərbaycanda müvafiq vergi rezidentliyi sertifikatını əldə edə, həmçinin ikiqat vergi müqavilələrinə uyğun olaraq vergilərin qaytarılmasına, ikiqat vergi sazişləri sertifikatlarının alınmasına dəstək verə bilərik. Əlaqə saxlayın: [email protected], tel: 050 289 89 73