Müqavilə Növləri
Müqavilə iki tərəfli əqddir. Müqavilə elə razılaşma formasıdır ki, ən azı iki tərəf iştirak etmiş olsun. Müqavilə növlərini mülki müqavilə və əmək müqaviləsi olmaqla iki yerə bölmək olar. Digər meyarlar üzrə də müqavilə növləri təsnifləşdirilə bilərlər, məsələn əvəzli müqavilələr və əvəzsiz müqavilələr; Real Müqavilələr (predmetin təqdim edilməsi ilə bağlanır) və konsensual müqavilələr (öhdəliyin götürülməsi ilə bağlanır). Müqavilə növlərindən asılı olaraq şifahi, yazılı və ya notariat qaydasında bağlanıla bilər.
Mülki müqavilə - kommersiya müqavilə növləri
Mülki müqavilə növləri, yəni kommersiya müqavilə növləri əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrdir. Mallarla bağlı alqı-satqı müqaviləsi, əşyaların saxlanca verilməsi müqaviləsini misal göstərmək olar. İşlərin görülməsi müqavilələri adətən podrat müqavilələri hesab edilir: tikinti müqavilələri, təmir müqavilələri, habelə nəticəsində hazır məhsul təqdim edilməsi olan digər müqavilələr bura aiddir. Xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrə müxtəlif xarakterli məsləhət xidmətlərini, texniki dəstək müqavilələrini, icarə xidmətlərini, maliyyə xidmətlərini vəs göstərmək olar.
Şirkət ilə şəxs arasında faktiki əmək münasibətləri olduğu halda onunla xidmət müqaviləsinin bağlanılması qanunsuzdur. Əmək münasibətlərinin əlamətləri isə iş rejiminə tabe olmaq, əmək haqqı almaq, məzuniyyət hüququ və Əmək Məcəlləsində işçi üçün nəzərdə tutulmuş digər hüquqlar və münasibətlərin əlamətləridir.
Müqavilə formaları
Müqavilə növündən asılı olaraq müqavilə forması seçilməlidir. Müqavilə formaları adətən qanunla müəyyən olunmur və təsdiqlənmir. Azad bazar iqtisadiyyatında müqavilə tərəflərinin könüllülüyü prinsipi əsas götürüldüyündən, müqavilə şərtlərini tərəflər özləri müəyyən etməlidir. Bu zaman konkret müqavilə növü üzrə qanunda göstərilmiş zəruri şərtlərə əməl edilməlidir. Qanundakı zəruri şərtlərə zidd olan müqavilə şərtləri etibarsız hesab ediləcəkdir.
Müqavilə formalarının tərtib edilməsi zamanı müqavilə növlərindən asılı olaraq həmin sahə üzrə qeyri-hüquqşünasların da tövsiyələri alınmalıdır. Məsələn, tikinti müqaviləsi tərtib olunarkən tikinti və mühəndislik sahəsində mütəxəssisin rəyinin alınması tikintinin gedişatı, texniki proseslər və risklər barədə daha ətraflı məlumatlandrma baxımından faydalı olar. Amm hər bir halda bu rəylər əsasında müqavilə növündən asılı olmayaraq hüquqşünas tərəfindən şərtləd müqavilə formasına daxil edilməlidir.
Müqavilə növləri, müqavilənin xüsussiyyətləri, müqavilə formaları, müqavilə şərtləri barədə daha ətraflı məlumat üçün və ya məsləhət üçün bizimlə əlaqə saxlayın: [email protected], mobil: 050 289 89 73