Azərbaycan vətəndaşlığını necə almaq olar?

Vətəndaşlıq haqqında qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan vətəndaşlığını əldə etmək mümkündür. Bunun üçün 5 il fasiləsiz daimi yaşayış, qanuni gəlir mənbəyi, Azərbaycan Konstitusiyasına və qanunlarına əməl etməyi və Azərbaycan dilini bilmək tələb olunur.

Təcrübədə əcnəbi şəxs yaşayış icazəsi almaqla prosesə başlamalıdır. Müvəqqəti yaşayış icazəsi ilə Azərbaycanda 2 il qaldıqdan sonra daimi yaşayış üçün müraciət etmək mümkündür. 5 illik müddət daimi yaşayış sənədinin verildiyi gündən etibarən hesablanır. Şəxs Azərbaycan dilini öyəndikdən sonra müvafiq imtahandan keçməli və qanuni gəlir mənbəyinə sahib olmalıdır.

Müraciətlər Dövlət Miqrasiya Xidmətinə təqdim olunur, Azərbaycan vətəndaşlığını vermək səlahiyyəti isə Prezidentə aiddir.

Əlavə suallarınız üçün bizə müraciət edin.