Konstitusiya Məhkəməsi mənəvi zərər tələbi barədə
Konstitusiya Məhkəməsi mənəvi zərər tələbi barədə

 

 

 

Konstitusiya Məhkəməsi mənəvi zərər tələbi barədə

 

 

Azərbaycan Respublikasının Konstitusiya MəhkəməsininAzərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı ilə (bundan sonra: Qərar) şəxsin ölümü ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsasları və mənəvi təzminat tələbi barədə mövcud qanunvericilikdə mübahisəli olan bir neçə məsələyə aydınlıq gətirilmişdir. Belə ki, Qərarda müəyyən edilmişdir ki:

 

 

1. Mənəvi təzminat tələbi təkcə şəxsin ailə üzvləri yox, şəxsin digər yaxın şəxsləri tərəfindən də qaldırıla bilər. Yəni, şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan  nəzərdə tutulur.

 

 

2. Şəxsin ölümü ilə əlaqədar onun yaxınlarından birinə mənəvi təzminat ödənilmiş olması onun digər yaxınlarının mənəvi təzminat almaq hüququnu istisna etmir. Şəxsin ölümü ilə əlaqədar mənəvi sarsıntı keçirmiş yaxınları birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.

 

 

3. İddiaçının ölən şəxsin vərəsəsi olması mənəvi təzminat üçün əsas deyil, iddiaçı ilə ölən şəxs arasında mövcud olmuş yaxınlıq əsas kriteriyadır. Mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi istisna edilir.

 

 

Qeyd edilən məsələlərlə bağlı suallarınız, eləcə də mənəvi təzminat iddiaları ilə bağlı hüquqi yardımla bağlı Caspian Legal Centerə aşağıda qeyd edilmiş əlaqə vasitələri ilə müraciət edə bilərsiniz:

 

Əlaqə nömrəsi: +994 12 480 14 86

 

Elektron poçt ünvanı: [email protected]